Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boksçusu çempionluq kəməri uğrunda döyüşəcək



Beynəlxalq Boks Assosiasiyası (IBA) fevralın 16-da Tacikistanın paytaxtı Düşənbədə “IBA Çempionlar Gecəsi” təşkil edəcək.

BrendSport.az
xəbər verir ki, turnirdə Azərbaycan boksçusu Alfonso Dominges (86 kiloqram) də qüvvəsini sınayacaq.

“Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı çempionluq kəməri uğrunda döyüşdə rusiyalı Şarabutdin Atayevlə üz-üzə gələcək.

Görüşün mükafat fondu 500 min ABŞ dollarıdır. Qalib boksçu 350 min dollar, məğlub olan idmançı isə 150 min dollar qazanacaq.

Qeyd edək ki, Alfonso Dominges və Şarabutdin Atayev daha əvvəl 3 dəfə qarşılaşıb. Bunların birində Azərbaycan təmsilçisi, ikisində isə Rusiya boksçusu qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş