Azərbaycanlı futbolçunun Polşa klubunda oynaması üçün əngəl qalmayıb
Bir müddət əvvəl Polşanın LKS klubuna keçən Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni komandasında oynaması üçün heç bir əngəl qalmayıb.
BrendSport.az xəbər verir ki, FIFA tərəfindən Lodz təmsilçisinə qoyulmuş transfer qadağası ləğv olunub.
Polşa təmsilçisi keçmiş futbolçuları Mikel Reyqaard və Rikardinyoya olan borcunu tam ödədiyi üçün qış transfer pəncərəsində heyətinə qatdığı yeni oyunçuların qeydiyyatdan keçirilməsinə icazə verilib.
Qeyd edək ki, Rahil Məmmədov ötən ay LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan futbolçu son olaraq “Qarabağ”ın formasını geyinib.
Facebook-da paylaş