Azərbaycan millisinin futbolçusu “Sabah”da yubiley oyununu keçirib
Azərbaycan millisinin futbolçusu Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib.
BrendSport.az xəbər verir ki, bu, Premyer Liqanın XVIII turuna təsadüf edib. 25 yaşlı müdafiəçi yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşmada yubiley matçına çıxıb.
A.Seydiyev 2020-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.
Qeyd edək ki, futbolçu “Sabah” forması ilə Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt matçında bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzublar.
Facebook-da paylaş