Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Suares Messi ilə "İnter Mayami"yə mümkün transferi barədə danışıb


Braziliyanın "Qremio" komandasının hücumçusu Luis Suares Amerikanın "İnter Mayami" klubuna keçmək ehtimalını dəyərləndirib.

BrendSport.az
xəbər verir ki, “Agentimlə hansı imkanlarımın olduğunu danışacağam. Braziliya çempionatı başa çatana qədər qərar vermək istəmirdim. Amma mənim “İnter Mayami”yə keçidim mümkündür. Dünyanın ən yaxşı oyunçusu orada oynayır və o, mənim gələcəyimi müzakirə etdiyim böyük dostumdur. Amma hələ dincəlməli və sonra qərar qəbul etməliyəm”, - Suares deyib.

Suares 2023-cü ilin qışında azad agent kimi Uruqvayın “Nasyonal” klubundan "Qremio"ya keçib. Forvard Braziliya A Seriyasında 33 matçda iştirak edib, 17 qol vurub, 11 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 4 milyon avrodur.


Facebook-da paylaş

Xəbəri paylaş