Lukas Melano “Neftçi”yə gəlməmişdən əvvəl Avropa kublarından təklif alıb
Lukas Melano “Neftçi”yə gəlməmişdən əvvəl Avropa kublarından təklif alıb.
BrendSport.az xəbər verir ki, argentinalı hücumçu bunu mətbuat konfransında bildirib.
30 yaşlı forvard İspaniya və İtaliyadan təkliflərinin olduğunu söyləyib: “ABŞ-yə getməmişdən əvvəl də Avropadan təkliflərim var idi. Həm İspaniya, həm də İtaliyadan təkliflər almışdım. Amma klubum razılaşmamışdı. Sonra Azərbaycandan təklif gəldi və bura yollandım. Avropaya gec gəlməyimin xüsusi bir səbəbi yoxdur. Bəzən özümdən asılı olmayan səbəblərdən klublar arasında razılıq əldə edilmirdi. Oynamaq istədiyim bəzi liqalar var. Amma hazırda “Neftçi”nin uğurları üçün çalışıram. Burada hədəflərimə çatdıqdan sonra bu barədə düşünmək olar”.
Hücumçu MLS-in ildən-ilə inkişafda olduğunu söyləyib: “Hazırda MLS əvvəlkindən daha çox inkişaf edib. Mənim vaxtımda İbrahimoviç, Covinko, Pirlo, Lempard, Droqba kimi ulduz futbolçular orada çıxış edirdilər. Bilmirəm, nə vaxtsa ora qayıtmaq imkanım olacaq, ya yox. Ancaq gələcəkdə ABŞ-də yaşamaq istərdim”.
O, “Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosla yaxın dost olduqlarını sözlərinə əlavə edib: “Samuel Armenterosla çox yaxşı münasibətimiz var idi. Tez-tez danışırdıq. Zəngin karyerası olub. Meydandan kənarda da çox yaxşı dost münasibətimiz var”.
Facebook-da paylaş