Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Argentinalı hücumçunun “Neftçi”yə keçidinin detalları açıqlanıb



Argentinalı futbolçu Lukas Melanonun “Neftçi”yə keçidinin detalları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, Bakı klubu Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 30 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Qeyd edək ki, yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək Lukas Melano daha sonra rəsmi müqaviləyə qol çəkəcək. Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan hücumçu Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş