Şahruddinin komandası evdə ilk dəfə uduzub
Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının 14-cü turunda məğlubiyyət acısı yaşayıb.
BrendSport.az xəbər verir ki, onun çıxış etdiyi "Adana Dəmirspor" öz meydanında Samsunspor"a 2-3 hesabı ilə uduzub.
Şahruddinin start heyətində meydana çıxdığı oyunda Adana klubu bu mövsümdə ilk dəfə doğma azarkeşlər qarşısında məğlub olub. Ardıcıl 4 oyunda qələbə qazana bilməyən Patrik Klyuvertin yetirmələri 23 xalla 4-ci pillədə qərarlaşıblar.
Səfərdə “Pendikspor”a qalib gələn “Qalatasaray” lider mövqeyində yer alıb. Son Türkiyə çempionu 14 oyundan sonra 37 xal toplayıb.
Türkiyə Superliqası
14-cü tur
Alanyaspor – Konyaspor – 2:2
Rizəspor – Başakşəhər – 3:2
Adana Dəmirspor – Samsunspor – 2:3
Pendikspor – Qalatasaray – 0:2
İdman.biz
Facebook-da paylaş