Əsas Səhifə > Maraq > Şahruddinin komandası evdə ilk dəfə uduzub
Şahruddinin komandası evdə ilk dəfə uduzub3-12-2023, 09:56 |
Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının 14-cü turunda məğlubiyyət acısı yaşayıb. BrendSport.az xəbər verir ki, onun çıxış etdiyi "Adana Dəmirspor" öz meydanında Samsunspor"a 2-3 hesabı ilə uduzub. Şahruddinin start heyətində meydana çıxdığı oyunda Adana klubu bu mövsümdə ilk dəfə doğma azarkeşlər qarşısında məğlub olub. Ardıcıl 4 oyunda qələbə qazana bilməyən Patrik Klyuvertin yetirmələri 23 xalla 4-ci pillədə qərarlaşıblar. Səfərdə “Pendikspor”a qalib gələn “Qalatasaray” lider mövqeyində yer alıb. Son Türkiyə çempionu 14 oyundan sonra 37 xal toplayıb. Türkiyə Superliqası 14-cü tur Alanyaspor – Konyaspor – 2:2 Rizəspor – Başakşəhər – 3:2 Adana Dəmirspor – Samsunspor – 2:3 Pendikspor – Qalatasaray – 0:2 İdman.biz Geri qayıt |