Maliyyə pozuntusuna görə “Everton”un 10 xalı silinib
“Everton” futbol klubunun İngiltərə çempionatının turnir cədvəlindəki 10 xalı maliyyə feyr-pleyi qaydalarının pozulmasına görə silinib.
BrendSport.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının (İPL) mətbuat xidməti məlumat yayıb.
Sanksiya turnirin bütün tarixi boyunca rekord cərimə hesab olunur. Daha əvvəl çempionatın tarixində bu qədər böyük xalın geri alınması halı 2009-2010-cu illər mövsümündə “Portsmut” klubundan 9 xalın silinməsi zamanı baş verib.
Hazırda “Everton” klubu 4 xalla turnir cədvəlində 19-cu yeri tutur.
Facebook-da paylaş