“Everton” yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
İngiltərənin “Everton” klubu yarımmüdafiəçisi Abdulaye Dukure ilə müqaviləni yeniləyib.
BrendSport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Otuz yaşlı futbolçu 2024-cü ilin yayınadək “Everton”da oynayacaq.
Dukure 2020-ci ilin sentyabrından formasını geyindiyi “Everton”da 94 oyuna çıxıb, 9 qol vurub.
Facebook-da paylaş