“Arsenal” klubu misirli yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
İngiltərənin “Arsenal” klubu misirli yarımmüdafiəçisi Məhəmməd Elneni ilə müqaviləni yeniləyib.
BrendSport.az xəbər verir ki, futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
2016-cı ildə “Bazel”dən London klubuna transfer edilən futbolçu İngiltərə təmsilçisinin heyətində 155 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə edib.
Facebook-da paylaş