Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbolda hakim qərarı ilə razılaşmayanlara qarşı yeni qayda tətbiq edilə bilər



Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərin qərarları ilə razılaşmadığına görə oyunçular üçün meydançadan 10 dəqiqəlik qovulmanın tətbiqi imkanını nəzərdən keçirir. Bu barədə “The Times” məlumat yayıb.

BrendSport.az
xəbər verir ki, mənbənin məlumatına görə, bu qayda peşəkar liqalarda test edilməyə başlaya bilər və hakimin hərəkətləri ilə bağlı narazılığını bildirən oyunçulara münasibətdə tətbiq ediləcək. Məlumat verilir ki, IFAB reqbi təcrübəsindən faydalanmağı planlaşdırır; bu idman növündə yalnız komanda kapitanı hakiminin qərarı ilə razılaşmadığı halda onunla danışa bilər.

Hakim ilə mübahisə edildiyi halda oyunçunun 10 dəqiqəlik meydançadan qovulması tədbiri İngiltərənin yeniyetmə liqalarında tətbiq edilir. Yetkin komandalar arasında keçirilən ölkə çempionatında oyunçular fit çalındıqdan sonra hakimin yanında iki və ya ondan çox şəxsin olduğu halda xəbərdarlıq ala bilərlər.


Facebook-da paylaş

Xəbəri paylaş