Konor Makqreqor uzun müddətdən sonra UFC-də döyüşə çıxacaq
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.
BrendSport.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt "Adam's Apple" nəşrinə müsahibəsində bildirib.
O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib: "Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik".
Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dan olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı.
Facebook-da paylaş