Əsas Səhifə > Maraq > Konor Makqreqor uzun müddətdən sonra UFC-də döyüşə çıxacaq
Konor Makqreqor uzun müddətdən sonra UFC-də döyüşə çıxacaq11-11-2023, 13:00 |
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək. BrendSport.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt "Adam's Apple" nəşrinə müsahibəsində bildirib. O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib: "Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik". Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dan olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı. Geri qayıt |