Həbib Nurmaqomedov və Konor Makqreqor dava hadisəsi ilə bağlı razılığa gəliblər
MMA döyüşçüləri rusiyalı Həbib Nurmaqomedov və irlandiyalı Konor Makqreqor oktyabrda “UFC 229” turnirində baş vermiş dava hadisəsi ilə bağlı Nevada (ABŞ) ştatının rəhbərliyi ilə razılığa gəliblər.
BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, döyüşçülər çərşənbə günü ştatın Atletika Komissiyasının (NSAC) bu hadisə ilə bağlı dinləmələrin keçiriləcəyi iclasına qatılmayacaqlar.
Razılıqla bağlı detallar tam açıqlanmır. Məlumata görə, işə 5 nəfərdən ibarət komissiya baxacaq.
Xatırladaq ki, oktyabrın 6-da MMA-ın “UFC 229” kateqoriyası üzrə ən güclü idmançıları hesab edilən rusiyalı Həbib Nurmaqomedov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Nurmaqomedov 4-cü raundda irlandiyalı rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
Döyüşdən sonra Həbib Nurmaqomedovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən ayırmaq mümkün olub. Eyni zamanda, rinqdə də Nurmaqomedovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.
Facebook-da paylaş