Formula 1": Maks Ferstappen mövsümdə 17-ci qələbəsini qazanıb
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 21-ci mərhələsinin - Braziliya Qran prisinin qalibi olub.
BrendSport.az xəbər verir ki, ikinci yeri “McLaren” komandasının üzvü Lando Norris tutub.
İlk "üçlüy"ü "Aston Martin"dən Fernando Alonso qapayıb.
Beləliklə, Ferstappen cari mövsüm 17-ci, ümumilikdə isə 52-ci qələbəsini qazanıb.
Facebook-da paylaş