Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin baş məşqçisi: "Oyunçularda istək böyükdür"



"Oyünçularda istək böyükdür".

BrendSport.az
xəbər verir ki, DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis komandada vəziyyətin yaxşı olduğunu bildirib: "Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir".

Borisov şansların bərabər olduğunu vurğulayıb: "İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhvali-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.


Facebook-da paylaş

Xəbəri paylaş