Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



PSJ-nin dörd futbolçusu təhqiramiz ifadələrə görə cəzalandırılacaq



PSJ-nin futbolçuları Usman Dembele, Əşrəf Hakimi, Randal Kolo Muani və Layvin Kurzava, Liqa 1-də oyundan sonra “Marsel”in ünvanına təhqiramiz sözlərə görə cəzalandırılacaqlar.

BrendSport.az
xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Videoda bu futbolçuların matçdan sonra azarkeşlərlə birlikdə təhqirlər səsləndirdiyi epizod çəkilib.

Görüş 4:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Qolları Əşrəf Hakimi, Randal Kolo Muani və dubl edən Qonçalo Ramos vurub.

Fransa çempionatının turnir cədvəlində PSJ 12 xalla 5-ci yerdədir. “Marsel” 9 xalla 12-ci yerdədir. Çempionata 14 xalla “Monako” başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş