Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mbappe zədələndi


PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının 6-cı turunda “Marsel”lə matçda zədələnib.

BrendSport.az
xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu meydana start heyətində daxil olsa da, 32-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. Onun əvəzində meydana portuqaliyalı hücumçu Qonsalo Ramos çıxıb.

Parisin “Park des Prens” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Altı turdan sonra PSJ 11 xalla Fransa çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

24 yaşlı hücumçu 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə beş matçda iştirak edib və səkkiz qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş