Kiprdə futbol hakimləri çempionat oyunlarını boykot ediblər
Kiprdə futbol hakimləri çempionat oyunlarını boykot ediblər.
BrendSport.az xəbər verir ki, buna səbəb referilərdən biri - Menelaos Antoniunun anasına məxsus avtomobilin yandırılmasıdır.
Hakimlərin boykot qərarından sonra Kipr Futbol Assosiasiyası ölkədə peşəkar səviyyəli oyunların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Hakimlər özləri və ailələri üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.
Qeyd edək ki, iyunda Kiprdə Hakimlər Komitəsinə məxsus qərargahda bomba partladılıb. 2020-ci ildə isə bir hakimin avtomobilinə bomba yerləşdirilməsi ölkədə futbol oyunlarının bir həftəlik təxirə salınmasına səbəb olmuşdu.
Facebook-da paylaş