Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: I turla bağlı statistik göstəricilər açıqlanıb



UEFA Çempionlar Liqasında (ÇL) I turun ötən gün keçirilən oyunlarının statistik göstəriciləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, bəzi matçlar rekord, bəziləri isə antirekordla diqqət çəkib.

- 2002/2003 mövsümündən, yəni 20 ildən sonra ilk dəfə ÇL həm Lionel Messi, həm də Kriştianu Ronaldusuz keçirilir.

- İspaniyanın “Barselona” klubu 2017-ci ildən sonra ilk dəfə ardıcıl iki oyunda minimum 5 top fərqi ilə qalib gəlib. Kataloniyalılar ölkə çempionatında “Betis”i, ÇL-də isə Belçika “Antverpen”ini 5 cavabsız qolla üstələyiblər.

- “Barselona” ÇL tarixində avtoqola ən çox sevinən “Real” (İspaniya) və “Bavariya”nın (Almaniya) rekordunu təkrarlayıb. Bu komandaların hər birinin matçında rəqiblər 17 dəfə topu öz qapılarından keçiriblər.

- “Antverpen” “Barselona”nın futbolçusu Robert Levandovskinin ÇL-də qol vurduğu 33-cü fərqli komanda olub. Polşalı yalnız Lionel Messi (40 komanda), Kriştianu Ronaldu (38) və Kərim Benzemadan (34) geri qalır. O, “Real”ın əfsanəsi Raul Qonsaleslə sayı bərabərləşdirib.

- Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe Almaniya təmsilçisi “Borussiya” (Dortmund) ilə görüşdə fərqlənərək, ÇL-dəki qol sayını 41-ə çatdırıb. Komandasının 2:0 hesablı qələbəsinə töhfə verən forvard bu göstəriciyə çatan ən gənc oyunçu olub. Mbappe sabiq komanda yoldaşı Lionel Messinin rekordunu yeniləyib.

- İtaliya klubu “Latsio” ÇL-də keçirdiyi son 20 görüşün hamısında qol buraxıb. Romalılar ilk turda İspaniya “Atletiko”su ilə heç-heçə ediblər - 1:1. Paytaxt təmsilçisi axırıncı dəfə turnir çərçivəsində 2003-cü ildə “Beşiktaş”la (Türkiyə, 2:0) qarşılaşmada qapısının toxunulmazlığını qorumağı bacarıb.

- Şotlandiyanın “Seltik” komandasının futbolçusu Odin Tiaqo Holm qitənin ən nüfuzlu klub turnirindəki debüt matçında meydana çıxdıqdan cəmi 10 dəqiqə sonra qırmızı vərəqə alıb. O, “Feyenoord”la (Niderland, 0:2) səfər görüşündə bununla üzləşib. Bu baxımdan rekord Benjamin Lauta məxsusdur. O, 2006-cı ildə Almaniya “Hamburq”unun heyətində cəmi 6 dəqiqə meydanda qalıb.

- İtaliya klubu “Milan” qolsuz bərabərə qaldığı İngiltərə “Nyukasl”ı ilə qarşılaşmada 25 dəfə qapıya zərbə vurub. “Rossonyerlər” 2005-ci ildə qeydə alınan göstəriciyə çox yaxın olublar. Həmin vaxt milanlıların Niderland PSV-si ilə oyunda 27 cəhdi uğursuz alınmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş