Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatı: Mariya Stadnik və digər iki qadın güləşçi məğlub olub



Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksələ bilməyib.

BrendSport.az
xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzub.

57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə yenilib.

65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoya məğlub olub.

Bu gün həmçinin 59 kq-da Alyona Kolesnik bürünc medal uğrunda qarşılaşmada Cennifer Rocerslə (ABŞ) üz-üzə gələcək.

97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş