Əsas Səhifə > Maraq > Dünya çempionatı: Mariya Stadnik və digər iki qadın güləşçi məğlub olub
Dünya çempionatı: Mariya Stadnik və digər iki qadın güləşçi məğlub olub19-09-2023, 17:00 |
Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksələ bilməyib. BrendSport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzub. 57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə yenilib. 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoya məğlub olub. Bu gün həmçinin 59 kq-da Alyona Kolesnik bürünc medal uğrunda qarşılaşmada Cennifer Rocerslə (ABŞ) üz-üzə gələcək. 97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq. Geri qayıt |