İngiltərə klubu UEFA qaydalarını pozduğu üçün cəzalana bilər
UEFA İngiltərənin "Nyukasl" klubunu cəzalandıra bilər.
BrendSport.az xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin Avropa futbol qurumunun qaydalarını pozması səbəb olub.
Komanda Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Milan"a qarşı keçirəcəyi oyun üçün İtaliyaya 2 saat 20 dəqiqə gec gedib.
Nəticədə baş məşqçi Eddi Haunun saat 12:00-dan 20:00-dək gerçəkləşməli olan mətbuat konfransı yubanıb. Mütəxəssis əlverişsiz hava şəraitinə görə Milana gec çatdıqlarını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 19-da oynanılacaq "Milan" - "Nyukasl" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Facebook-da paylaş