Əsas Səhifə > Maraq > İngiltərə klubu UEFA qaydalarını pozduğu üçün cəzalana bilər

İngiltərə klubu UEFA qaydalarını pozduğu üçün cəzalana bilər


19-09-2023, 13:00


UEFA İngiltərənin "Nyukasl" klubunu cəzalandıra bilər.

BrendSport.az
xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin Avropa futbol qurumunun qaydalarını pozması səbəb olub.

Komanda Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Milan"a qarşı keçirəcəyi oyun üçün İtaliyaya 2 saat 20 dəqiqə gec gedib.

Nəticədə baş məşqçi Eddi Haunun saat 12:00-dan 20:00-dək gerçəkləşməli olan mətbuat konfransı yubanıb. Mütəxəssis əlverişsiz hava şəraitinə görə Milana gec çatdıqlarını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da oynanılacaq "Milan" - "Nyukasl" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Geri qayıt