Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Domeniko Tedesko: “Azərbaycanla oyunda Estoniya ilə matçdakı qədər güclü deyildik”



“Azərbaycanla oyunda Estoniya ilə matçdakı qədər güclü deyildik”.

BrendSport.az
xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə keçirilən oyunların müqayisəsini apararkən deyib.

İtaliyalı mütəxəssis komandasının Estoniya ilə qarşılaşmadakı performansından daha çox razı qalıb: “İki matç arasında fərq ondan ibarətdir ki, bu dəfə hər cəhətdən daha güclü olduq və erkən qol vurduq. Driblinqdə, ötürmələrdə daha yaxşı idik, boşluqları vaxtında tapırdıq. Çoxlu qol şansları yaratdıq və bunlardan yararlandıq. Azərbaycandakı görüşdə də pis deyildik. Amma estonlarla matç daha yaxşı alındı”.

Qeyd edək ki, Belçika millisi hazırda 13 xalla F qrupuna başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş