Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Belçikalı futbolçu: “Azərbaycan bizə problem yaradan hörmətəlayiq rəqibdir”



“Azərbaycan bizə problem yaradan hörmətəlayiq rəqibdir”.

BrendSport.az
xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Amadu Onana Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi matçda çətinliklərlə üzləşdiklərini bildirib: “Mürəkkəb meydançada çətin oyun oldu. İnsanlar asanlıqla qalib gələcəyimizi gözləyirdilər. Lakin asan matç olmur. Məqsəd Bakıda qol vurmaq və 3 xal qazanmaq idi. Ən başlıcası qələbə qazanmaqdır. Düşünürəm ki, meydanın mərkəzinə düzgün nəzarət etdik. Müdafiə ilə yaxşı anlaşma içində olduq və xətlər arasındakı aqressivliyi qorumağa çalışdıq”.

Qeyd edək ki, “Dalğa Arena”da təşkil olunan qarşılaşmada yeganə qola Yannik Karrasko imza atıb.


Facebook-da paylaş

Xəbəri paylaş