Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Flik Almaniyanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb



Hans-Diter Flik Almaniya milli futbol komandasının baş məşqçisi postundan uzaqlaşdırılıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının (DFB) mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Berndt Noyendorf bildirib ki, komitələr son məyusedici nəticələrdən sonra alman komandasına yeni təkan lazım olduğu barədə razılığa gəliblər.

“Şəxsən mənim üçün bu, vəzifə müddətimin ən çətin qərarlarından biridir. Çünki Hans Flik və onun köməkçilərini futbol mütəxəssisləri və insanlar kimi qiymətləndirirəm. Lakin idman uğurları assosiasiya üçün əsas prioritetdir, ona görə də bu qərar qaçılmaz idi”.

Baş məşqçi vəzifəsini Rudi Völler icra edəcək.

Almaniya millisi 2024-cü il Avropa çempionatında ev sahibi ölkə kimi iştirak edəcək. Lakin almanlar turnirə vəsiqə qazana bilmir. Martda yoldaşlıq görüşündə Peru üzərində qələbə komandanın son qələbəsidir. Həmin vaxtdan Almaniya yığması Belçika (2:3), Polşa (0:1), Kolumbiya (0:2), Yaponiya (1:4) komandalarına uduzub, eyni zamanda Ukrayna komandası ilə bərabərə qalıb (3:3).


Facebook-da paylaş

Xəbəri paylaş