Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkəsilli futbolçu Almaniya millisinin kapitanı olub



Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub.

BrendSport.az
xəbər verir ki, bunu komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.

Mütəxəssis İspaniya "Barselona"sında çıxış edən İlkay Gündoğanın kapitan olacağını bildirib.

"Bavariya"dan Jozua Kimmix isə vitse-kapitan təyin edilib. Flik seçimdən razı qaldığını söyləyib və bu qərarın onlara əlavə enerji verəcəyini vurğulayıb.

Almaniya millisinin sabiq kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, İlkay Gündoğan yayda İngiltərə "Mançester Siti"sindən Kataloniya klubuna keçib. Türkəsilli oyunçunun sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş