Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AVRO-2024: İsveç böyükhesablı qələbə qazanıb, İngiltərə və İtaliya xal itiriblər



Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

BrendSport.az
xəbər verir ki, üç qrupda baş tutan 7 görüşlə V tura yekun vurulub.

F qrupunda qərarlaşan Azərbaycan millisi Belçikaya 0:1 hesabı ilə məğlub olub. İsveç səfərdə Estoniyanın qapısından 5 cavabsız top keçirib.

C qrupunun lideri İngiltərə ilk dəfə xal itkisinə məruz qalıb. “Dumanlı Albion” təmsilçisi səfərdə ən yaxın izləyicisi Ukrayna ilə heç-heçə edib. İtaliya isə Şimali Makedoniyada yerli komanda ilə xalları yarı bölüb.

İ qrupunun hər üç görüşü “sülh”lə yekunlaşıb.

AVRO-2024-ün seçmə mərhələsi
V tur
9 sentyabr

C qrupu
Ukrayna – İngiltərə - 1:1
Şimali Makedoniya – İtaliya – 1:1
Xal durumu: İngiltərə - 13 xal (5 oyun), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4).

F qrupu
17:00. Azərbaycan – Belçika – 0:1
20:00. Estoniya – İsveç – 0:5
Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4).

İ qrupu
20:00. Andorra – Belarus – 0:0
22:45. Rumıniya – İsrail – 1:1
22:45. Kosovo – İsveçrə - 2:2
Xal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5).


Facebook-da paylaş

Xəbəri paylaş