TFF final oyunlarının "Beşiktaş"ın stadionunda keçirilməsi üçün UEFA-ya müraciət edib
Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı ildə UEFA Avropa Liqası, 2027-ci ildə isə UEFA Konfrans Liqasının final oyunu üçün namizədliyini verdikləri stadionun adını açıqlayıb.
BrendSport.az xəbər verir ki, TFF-nin İdarə Heyətinin qərarına əsasən, UEFA-ya "Beşiktaş Park Stadion"un adı göndərilib.
Avropa futbol qurumunun sözügedən final qarşılaşmaları ilə bağlı yekun qərarı 2024-cü ilin mayında baş tutacaq iclasda bəlli olacaq.
Qeyd edək ki, namizədliyi irəli sürülən arena "Beşiktaş" klubuna məxsusdur.
Facebook-da paylaş