Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lui Van Qal: “Messi dünya çempionu olmalı idi”



“Lionel Messi dünya çempionu olmalı idi”.

BrendSport.az
xəbər verir ki, bunu Niderland millisinin sabiq baş məşqçisi Lui Van Qal Argentina yığmasının DÇ-2022-nin qalibi olmasına münasibət bildirərkən deyib.

72 yaşlı mütəxəssis Cənubi Amerika təmsilçisinə qarşı 1/4 finalda keçirdikləri matçı yada salaraq, haqsızlıqla üzləşdiklərini söyləyib: “Həm Argentinanın, həm də bizim necə qol vurduğumuzu, onların bəzi futbolçularının "sərhəd"i necə keçdiklərini və cəzalandırılmadıqlarını görəndə, düşünürəm ki, bunların hamısı qəsdən atılmış addımdır. Fikrimcə, məqsəd Messinin dünya çempionluğunu qazanması idi”.

Qeyd edək ki, Argentina yığması 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Niderlandı oyunsonrası penaltilər seriyasında üstələmişdi. Cənubi Amerika təmsilçisi finalda isə Fransanı eyni ssenari ilə məğlub etmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş