“Formula 1”də tarixi rekord qeydə alınıb
“Formula 1” üzrə dünya çempionatının Niderland Qran-prisində tarixi rekord qeydə alınıb.
BrendSport.az xəbər verir ki, pilotlar ümumilikdə 89 dəfə pit-stopa getməklə bunu reallaşdırıblar.
Beləliklə, 2011-ci ildə yarışın Macarıstan mərhələsindəki 88 pit-stopluq rekord yenilənib.
Qeyd edək ki, Niderland Qran-prisinin qalibi “Red Bull”un pilotu Maks Ferstappen olub.
Facebook-da paylaş