“Fənərbağça” xorvatiyalı oyunçu ilə beşillik müqavilə imzalayıb
Türkiyənin “Fənərbağça” klubu Xorvatiya millisinin futbolçusu Dominik Livakoviçlə müqavilə imzalayıb.
BrendSport.az xəbər verir ki, 28 yaşlı oyunçunun sözləşməsinin müddəti 5 illikdir.
Livakoviç İstanbul klubunda 40 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən Zaqreb “Dinamo”sunda çıxış edib.
Facebook-da paylaş