Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nicat Abasov: “Heç vaxt belə rejimdə oynamamışam”



“Heç vaxt belə rejimdə oynamamışam”.

BrendSport.az
xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Kubokunda 4-cü yeri tutan Azərbaycan şahmatçısı Nicat Abasov deyib.

Bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olan 28 yaşlı qrossmeyster bunu yorğunluqla əlaqələndirib: “Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiya ilə mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən, son oyunlarda istədiyim mübarizəni apara bilmədim. Bununla belə, böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.

N.Abasov ona dəstək olan insanlara təşəkkür edib: “Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə “çox sağ ol” deyirəm. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacağam”.

Qeyd edək ki, Dünya Kubokunun qalibi norveçli Maqnus Karlsen olub.


Facebook-da paylaş

Xəbəri paylaş