Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Zaqreb “Dinamo”sunun azarkeşlərinin səfər oyunlarına gəlməsini qadağan edib



Zaqreb “Dinamo”sunun azarkeşlərinə azı mövsümün sonuna qədər komandanın avrokuboklardakı səfər oyunlarına gəlmək qadağan edilib.

BrendSport.az
xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.

Avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər ölüb. Nəticədə matç ertələnib. İlk görüş avqustun 15-də baş tutub və AEK-in səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avqustun 19-da Afinada keçirilən ikinci görüşdə komandalar bərabərə qalıb (2:2). Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də heyətində yer aldığı Xorvatiya çempionu çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş