"Partizan"ın futbolçusu: "Sabah"la cavab oyununa daha yaxşı başlamalıyıq"
"Sabah"la cavab oyununa daha yaxşı başlamalıyıq".
BrendSport.az xəbər verir ki, bunu Serbiya "Partizan"ının futbolçusu Severina Ksander yerli mətbuata açıqlmasında deyib.
Belqradda "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçı ilə bağlı fikirlərini bölüşən 22 yaşlı yarımmüdafiəçi bu dəfə daha diqqətli oynamalı olduqlarını bildirib: "Son çempionat matçında ikinci hissədə öz oyunumuzu tapdıq. "Sabah"a qarşı isə ilk dəqiqələrdən bu cür çıxış etməliyik".
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Murad Musayevin baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb.
Facebook-da paylaş