Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsrailli futbolçu: "Sabah"la oyun tək "Partizan" yox, Serbiya futbolu üçün vacibdir"



"Sabah"la oyun tək "Partizan" yox, Serbiya futbolu üçün vacibdir".

BrendSport.az
xəbər verir ki, bunu "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Serbiya "Partizan"ının futbolçusu Bibras Natxo yerli azarkeşlərin ev oyunlarını boykot etmələri barədə danışarkən deyib.

İsrailli yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi ilə matçda fanatların dəstəyinə ehtiyac olacaq: "Tərəfdarlar bizimlə olanda və olmayanda fərqi görürsünüz. Cümə axşamı da dəstək vacibdir. Hər şeyi unutmalıyıq. Onların böyük geridönüş etmələrinə ehtiyacımız var. Azarkeşləri gəlib bizi dəstəkləməyə dəvət edirik".

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Murad Musayevin baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş