Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək



"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

BrendSport.az
xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

"Ağ-qaralar" isə bu raundun ilk duelində Türkiyə nəhəngi "Beşiktaş"ı sınağa çəkəcək. "Neftçi Arena"da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Partizan" (Serbiya)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
"Neftçi Arena"


Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş