"Sabah" bu gün avrokuboklarda debüt edəcək
Bu gün Azərbaycan təmsilçiləri UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
BrendSport.az xəbər verir ki, ilk olaraq meydana "Sabah" komandası çıxacaq.
Murad Musayevin baş məşqçi olduğu kollektiv Latviyada RFŞ-in qonağı olacaq və paytaxt təmsilçisi avrokuboklarda debüt edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü çexiyalı FIFA referisi Yan Maxalek idarə edəcək. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra "Bank Respublika Arena"da təşkil olunacaq
26 iyul
UEFA Konfrans Liqası
RFŞ (Latviya) - "Sabah" (Azərbaycan)
Baş hakim: Yan Maxalek (Çexiya)
Yurmala. Sloka stadionu
Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" və "Neftçi" ilk matçlarını iyulun 27-də keçirəcəklər.
Facebook-da paylaş