Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sabah" və "Neftçi"nin potensial rəqibləri üz-üzə, azərbaycanlı futbolçu "Ararat"a qarşı



Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.

Əvvəlcə "Sabah"ın mümkün rəqibləri olan Şimali Makedoniyanın "Makedoniya" və Latviyanın RFŞ komandaları Skopyedə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

"Neftçi"nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın "Jelezniçar" və Belarusun "Dinamo" (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sı Ermənistanda "Ararat"ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş