RFŞ - “Sabah” matçının təyinatları açıqlanıb
“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya RFŞ-i ilə keçirəcəyi ilk oyunun təyinatları müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Yurmaladakı görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.
İyulun 26-dakı qarşılaşmanı Yan Maxalek idarə edəcək. Ona Adam Harak və Yan Vanya kömək olacaqlar. Dördüncü hakim funksiyasını Pavel Orel icra edəcək.
Qeyd edək ki, RFŞ – “Sabah” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.
Facebook-da paylaş