Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Sumqayıt" - "Sabah" oyunu təxirə salınıb



"Sabah"ın Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt"a qarşı keçirməli olduğu oyun təxirə salınıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, PFL və "gənclik şəhəri" təmsilçisinə müraciət edən Bakı klubu Serbiyanın "Partizan"ı ilə UEFA Konfrans Liqasının cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə çempionat matçının başqa vaxtda keçirilməsini istəyib.

"Sabah"ın rəsmi müraciətini, "Sumqayıt"ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq avqustun 13-nə nəzərdə tutulmuş qarşılaşmanı təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları isə qüvvədə qalıb.

Azərbaycanın digər avrokubok təmsilçilərindən PFL-ə oxşar müraciət daxil olmayıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş