Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sumqayıt" tarixi antirekordunu təkrarlayıb

"Sumqayıt" tarixi antirekordunu təkrarlayıb


"Sumqayıt" futbol klubu tarixi antirekordunu təkrarlayıb.

BrendSport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Sabah"a 0:6 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi ən ağır məğlubiyyətlərindən birini yaşayıb.
Komandanın digər acınacaqlı nəticəsi də eyni hesabla olub. 2018/2019-cu il mövsümünə təsadüf edən matçda "Qarabağ" "Sumqayıt"a 6 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan "kimyaçılar" bu qədər qol buraxan 8-ci komandadır.


Facebook-da paylaş

Xəbəri paylaş