Çempionlar Liqası: Cica liderliyini qoruyub, "Qarabağ" ən intizamlı 2-ci komandadır
"Qarabağ"ın futbolçusu Redon Cica UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin cavab oyunlarından sonra bombardirlik yarışındakı mövqeyini qoruyub.
BrendSport.az xəbər verir ki, albaniyalı hücumçunun hesabında 5 qol var. Son olaraq Bakıda Polşa "Rakuv"una qarşı keçirilən cavab görüşündə fərqlənən 25 yaşlı forvard hələ də ən sərrast oyunçuların siyahısına başçılıq edir.
Onu hərəyə 4 qolla İslandiya "Breydablik"indən Hösküldür Günleqsson və Farer adalarının "Klaksvik" komandasından Arni Frederiksberq izləyir.
Bundan başqa, "Qarabağ" II təsnifat mərhələsindən sonra ən intizamlı (44 qayda pozuntusu, 6 sarı vərəqə) 2-ci, ən çox qol (9) vuran 4-cü komandadır.
Qeyd edək ki, Azərbaycan çempionu II raundda Polşa "Rakuv"u ilə dueldən (2:3; 1:1) məğlub ayrılaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Facebook-da paylaş