Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA “Neftçi”nin rəqibini cərimələyib



“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovina klubu “Jelezniçar” cərimələnib.

BrendSport.az
xəbər verir ki, buna səbəb I raundda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları olub.

Fanatların davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.

Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş