Kipr klubunun iki futbolçusu "Qəbələ" ilə ilk oyunu buraxacaq
Kipr "Omoniya"sının iki futbolçusu Azərbaycanda "Qəbələ"yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
BrendSport.az xəbər verir ki, zədəsini yenicə sağaldan müdafiəçilər Paris Psaltis və Nikolas Panayotu bərpa dövrü keçdikləri üçün "qırmızı-qaralar"la səfər matçında iştirak etməyəcəklər.
Sözügedən oyunçuların cavab qarşılaşmasında da meydana çıxmaları sual altındadır.
Qeyd edək ki, "Qəbələ" "Omoniya"ya qarşı ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.
Facebook-da paylaş