Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Omoniya”nın sabiq futbolçusu: “Komandamız “Qəbələ”ni keçəcək”



“Komandamız “Qəbələ”ni keçəcək”.

BrendSport.az
xəbər verir ki, bunu Kiprin “Omoniya” klubunun sabiq futbolçusu Andreas Yatru adıçəkilən kollektivin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” önündə şanslarını dəyərləndirərkən deyib.

Veteran futbolçu Nikosiya təmsilçisinin cütün favoriti olduğunu düşünür: “Avrokuboklarda cavab oyununu evdə keçirmək əlavə üstünlükdür. Çünki komandamız öz meydanında dolu tribunaların dəstəyi ilə mərhələ adlamağa çalışacaq. “Omoniya”nın asan da olsa, çətin də olsa, mərhələ adlayacağına inanıram. Məncə, futbolumuz Azərbaycan futbolundan daha yüksək səviyyədədir”.

Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü isə avqustun 3-də Nikosiyada keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş