Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Omoniya” müdafiəçisini “Qəbələ” ilə oyuna saxlayıb



Kiprin “Omoniya” klubunun futbolçusu Nikolas Panagiotu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək oyuna görə Superkubok matçında iştirak etməyib.

BrendSport.az
xəbər verir ki, müdafiəçi “Aris”ə 0:2 hesabı ilə məğlub olduqları görüşdə ehtiyatda qalıb.

Baş məşqçi Sofronis Avqusti 23 yaşlı oyunçunu “Qəbələ” ilə qarşılaşmaya saxladığını etiraf edib. Lakin Kipr millisinin üzvünün “qırmızı-qaralar”la görüşdə də iştirakı sual altındadır. Çünki Panagiotu əməliyyatdan sonra hələ də oyunlarda meydana çıxmayıb. Mütəxəssis onunla bağlı qərarı oyun günü verəcəyini söyləyib.

Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş