Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilərimiz Universiadaya yollanırlar



İyulun 28-də Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadasına start veriləcək. 110 ölkənin qatılacağı yarışda Azərbaycan 88 idmançı ilə təmsil olunacaq.

BrendSport.az
xəbər verir ki, onlardan 8-i stolüstü tennisçidir. Çendu sınaqlarında Fərhad İsmayılov və Könül Mikayılovanın rəhbərliyi ilə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Aliyə Haşımova, Nihad Məmmədov, İbrahim Ansari, Kənan Pənahov və Fəxri Abdullayev bacarığını göstərəcək.

Komandamız bu gecə Çinə yollanacaq. Universiadaya avqustun 8-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş